AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Vugar Gashimov Memorial-2022” superturniri çərçivəsində media nümayəndələri arasında şahmat yarışı keçiriləcək

  • + A
  • - A
  • 28-11-2022, 17:12

    “Vugar Gashimov Memorial-2022” superturniri çərçivəsində media nümayəndələri arasında şahmat yarışı keçiriləcək

    Dekabrın 17-dən 24-dək Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Memorial-2022” superturniri təşkil olunacaq. Superturnir çərçivəsində media nümayəndələri arasında şahmat yarışı keçiriləcək.

    “Vugar Gashimov Memorial-2022”nin “Sponsor gününə” - dekabrın 21-nə təsadüf edəcək yarış Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunacaq. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt veriləcək. ​

    Yarışda ilk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, qalibə kubok, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunacaq.

    Turnirdə iştirak etmək istəyənlər dekabrın 20-si saat 12:00-dək ]sakh.quliyev@gmail.com e-mail ünvanına ad, soyad və təmsil etdikləri qurumu göndərə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR