Ölkəmizin tanınmış gənc voleybol mütəxəssisi, “Xarı Bülbül Şuşa” klubunun tarixinə düşən ilk baş məşqçi Ziya Rəcədov İndoneziyanın qadınlarn ibarət milli komandasını çalışdıra bilər. Bu barədə təklif alan Rəcəbov hazırda İndoneziyanın “Jakarta PLN” klubunun baş məşqçisidir. Yeri gəlmişkən “Jakarta PLN” klubu azərbaycanlı baş məşqçisini ictimaiyyətə təqdim edib. Əsasən gənc voleybolçulardan ibarət klubun hədəfi ölkə çempionatında “Dördlər Finalı”na yüksəlmək, daha sonra mükafatlar uğrunda mübarizə aparmaqdır. Xatırladaq ki, İndoneziya çempionatında 6 komanda çıxış edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.