Göyçayda hamilə qadın qəfil ölüb.
Rayonun Çərəkə kəndində yaşayan 1997-ci il təvəllüdlü, 8 aylıq hamilə olan Fidan Müzəffər qızı Kərimova evin həyətində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Bildirilib ki, vəfat edən F.Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Daha əvvəl də onun bətnindəki 4-5 aylıq uşaq tələf olubmuş.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.