AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İdmançılarımız Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcəklər

  • + A
  • - A
  • 18-01-2023, 15:14

    İdmançılarımız Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcəklər

    Azərbaycanı Xizək alpinizmi idman növü üzrə təmsil edən idmançılarımız yanvarın 21 və 22-də Andorra Knyazlığında keçiriləcək Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcəklər.

    Bu məqsədlə atletlərimiz yanvarın 18-də Azərbaycan Qış İdman Növləri Federasiyanın təşkilatçılığı və “Şahdağ” Turizm Mərkəzinin dəstəyi ilə Andorra Knyazlığlnda təşkil olunan təlim məşq toplantısına yola düşüblər.

    İdmançılarımız Dünya Kuboku yarışının şaquli yürüş növü üzrə çıxış edərək birincilik uğrunda mübarizə aparacaqlar.

    Qeyd edək ki, Xizək alpinizmi idman növü üzrə yarışlara qatılan idmançılarımızın Azərbaycanda təlim-məşqləri Federasiya tərəfindən dəvət olunan əcnəbi mütəxəssilərinin rəhbərliyi altında “Şahdağ” Turizm Mərkəzinin və Sport System şirkətinin dəstəyi ilə həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR