AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

  • + A
  • - A
  • 21-01-2023, 15:38

    Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə 2022-ci ilin ən yaxşı idmançısı seçilə bilər

    “Best of Birminqem”in qalibi olmaq üçün Beynəlxalq Ümumdünya Oyunlar Assosiasiyası (IWGA) 2022-ci ilin idmançı və komandaları arasında səsvermə keçirir.
    Səsvermədə beynəlxalq idman federasiyaları tərəfindən təklif olunmuş 23 idmançı və 12 komanda iştirak edir. Bu iştirakçıların hamısı ötən ilin 7-17 iyul tarixlərində ABŞ-n Birminqem şəhərində (Alabama ştatı) keçirilmiş XI Ümumdünya Oyunlarının iştirakçılarıdır.
    Azərbaycandan bu səsvermədə sözügedən yarışın çempionu, dünya və Avropa çempionatının, eləcə də V İslam Həmrəyliyi Oyunlarının qalibi Bəhram Rəcəbzadə də iştirak edir. Hər 24 saatdan bir 2 idmançıya səs verə bilərsiniz. Birinci səs verdiyiniz idmançıya səs 2, ikinci səs verdiyiniz atletə 1 olaraq hesablanır.
    İlkin səsvermə sabah başa çatacaq. Əgər idmançımız ilk 10-luğa düşsə, ikinci səsvermə mərhələsinə adlayacaq. İkinci mərhələ yanvarın 31-dək davam edəcək. İlin idmançısı və komandasına pul mükafatı və hədiyyə veriləcək.
    Səs vermək üçün link (https://www.theworldgames.org/awards/Athlete-of-the-Year-2022-108)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR