AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATF Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb - SƏBƏB

  • + A
  • - A
  • 23-01-2023, 13:51

    ATF Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb - SƏBƏB

    Tennisçilərin “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib. Belə ki, yarışda Ermənistanla yanaşı Qarabağdakı separatçı rejiminin bayrağı açılıb. Turnirdə iştirak edən bir qrup erməni bunu məqsədli şəkildə edib. Bu təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesexito Nisioka ilə görüş zamanı törədilib. Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə "Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol" yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyası Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb. Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsax möhkəm ol" sözlərini qeyd edib. Azərbaycan Tennis Federasiyası həmin hadisədən sonra Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR