Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 23-də Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ferqus Auldunu qəbul edib.
Qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib. Nazir Azərbaycanla Böyük Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib. Səfir Ferqus Auldun səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə Böyük Britaniya Səfirliyinin siyasi məsələlər üzrə ataşesi Abbi Mozervel də iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.