AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır

  • + A
  • - A
  • 29-01-2023, 21:59

    Millimiz “Tour of Sharjah” yarışında əzmlə mübarizə aparır

    Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandası Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışında mübarizəni davam etdirir. Yanvarın 28-də milli komandamız veloturun üçüncü mərhələsində iştirak edib.

    Velosipedçilər 117.13 km məsafəyə qrup ötüşməsində güclərini sınayıblar. “Dibba Flag Island”dan start götürən idmançılar “Wadi Al Helo Ladies Club” ərazisində finiş xəttini keçiblər. Yarış iştirakçıları marşrutun böyük hissəsini dağlıq yollarla hərəkət ediblər.

    Artıq 3-cü gündür ki, milli komandamızın bütün üzvləri beynəlxalq yarışda uğurlu çıxışlarını davam etdirirlər. Bu mərhələdə də idmançılarımız xarakter göstərərək, yarışın sonuna qədər əzmlə mübarizə aparıblar. Onlar bir neçə dəfə pelotondan ayrılaraq önə çıxmağı bacarıblar.

    Milli komandamızın üzvlərindən ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. O, 2 saat 44 dəqiqə 56 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. Elçin Əsədov 47-ci (02h45'33''), Şahin Eyvazov 52-ci (02h46'40''), Elgün Əlizadə 59-cu (02h46'43''), Nəcəf Bağırov 85-ci (02h48'51''), Əli Qurbanov isə 91-ci (02h48'58'') yerlə kifayətləniblər.

    Qazaxıstanın “Almaty Astana Motors” kontinental komandasının idmançısı Remkhı Rudolf (02h44'39'') mərhələnin qalibi olub.

    Qeyd edək ki, 5 mərhələli yarışda 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçi mübarizə aparır. Velotura yanvarın 31-də yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR