Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbəri Rövnəq Abdullayev FİFA prezidenti Canni İnfantino ilə görüşüb.
Azadmedia.az Milli assosiasiyanın saytının məlumatına istinadən xəbər verir ki, tərəflər AFFA ilə FİFA arasında qarşılıqlı əməkdaşlıq məsələlərini, Beynəlxalq Futbol Federasiyasının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələri müzakirə ediblər.
İclasda FİFA-nın Avropa Milli Assosiasiyasının direktoru Elxan Məmmədov da iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.