Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kubokuna yekun vurulub.
Federasiyadan verilən məlumata görə, Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı yarışı 1 gümüş və 5 bürünc medalla başa vurub.
Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə gəlib. Rəqib qələbə qazandığından təmsilçimiz yarışı ikinci pillədə başa vurub.
Beləliklə, yığmamızın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib olublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.