AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Para-karate seçmə komandası Avropa çempionatında iştirak edəcək

  • + A
  • - A
  • 21-03-2023, 12:06

    Para-karate seçmə komandası Avropa çempionatında iştirak edəcək

    Böyüklərdən ibarət milli komanda, həmçinin para-karate seçmə komandası 22-26 Mart tarixlərində İspaniyanın Qvadalahara şəhərində Avropa çempionatında iştirak edəcək. Yarışa 21 idmançı yollanıb.
    Kişilərdən ibarət kumite üzrə milli komandanın baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (84+ kq) fərdi yarışlarda, Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaq.
    Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev Fidan Teymurovanı (-50 kq), Mədinə Sadiqova (-55 kq), Renata Ərəbli (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyevanı fərdi yarışlarla yanaşı komanda çıxışlarında da idarə edəcək.
    Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu (fərdi kata), Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti komanda kata yarışlara çıxaracaq.
    Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.
    Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının referiləri arasında olacaq.
    Azərbaycan Milli Karate Federasiyasnının (AMKF) prezidenti və Avropa Karate Federasiyası (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov, eləcə də AMKF-in baş katibi Qabil Sayadov EKF-in Konqresində iştirak edəcək. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR