Azərbaycanın aparıcı şahmatçısı Günay Məmmədzadə dünya yığmasında oynamaq üçün dəvət alıb.
Gələn həftə Qazaxıstanda Azərbaycanın aparıcı şahmatçısı Günay Məmmədzadənin (2472) dəvət olunduğu yerli qadınlardan ibarət milli komanda ilə dünya yığması arasında yoldaşlıq görüşü keçiriləcək.
Dünya yığmasının heyətində azərbaycanlı şahmatçını qadınların dünya reytinqinin lideri Hou Yifan (Çin, 2628), Nana Dzaqnidze (Gürcüstan, 2525), Harika Dronavali (Hindistan, 2511) və digər ən güclü qadın şahmatçılar müşayiət edəcəklər.
Xatırladaq ki, ötən gün Günay Məmmədzadə Monteneqroda keçirilən fərdi Avropa çempionatında uğursuz çıxış edərək 11 mümkün xaldan altı xal toplayaraq 46-cı yeri tutmuşdu. Qitə birinciliyinin nəticələrinə əsasən, şahmatçı 23 reytinq xalı itirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.