Böyüklərdən ibarət sambo millimiz İsrailin Hayfa şəhərində keçirilən Avropa çempionatında 4 medal qazanıb.
Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətindən Azadmedia.az-averilən məlumata görə, Mirfəttah Seyidəliyev (64 kq) gümüş medalla kifayətlənib.
Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa çempionatı yeniyetmə və gənc samboçuların yarışı ilə davam edir. Qitə birinciliyi aprelin 23-də başa çatacaq.
Qeyd. Şəkildəki erməni samboçusu Tiqrandır, Mehman Xəlilovla yanaşı durmaq istəməyib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.