AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan güləşçiləri güləş üzrə Avropa çempionu olublar

  • + A
  • - A
  • 24-04-2023, 03:58

    Azərbaycan güləşçiləri güləş üzrə Avropa çempionu olublar

    Azərbaycan güləşçiləri Xəsrət Cəfərov və Ülvi Qənizadə Avropa çempionu olublar. Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Yarışın 6-cı günündə son beş çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizəyə çıxıb.

    Xəsrət Cəfərov (67 kq) 1/8 finalda portuqaliyalı Pedro de Morais üzərində qələbə qazanıb. Cəfərov 1/4 finalda norveçli Havard Yorgensen üzərində inamlı qələbə qazanıb - 7:1. Azərbaycan güləşçisi yarımfinalda türkiyəli Murat Fıratı eyni hesabla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Cəfərov gürcüstanlı Coni Xetsuriani ilə gərgin görüş keçirib. Azərbaycan güləşçisi 3:2 hesabı ilə qalib gəlib. Bununla da Cəfərov karyerasında ilk dəfə Avropa çempionu olub.

    Ülvi Qənizadə (72 kq) 1/8 finalda ukraynalı Andriy Kulikə 4:1 hesabı ilə qalib gəlib. Qənizadə 1/4 finalda bolqar David Dimitrova qalib gəlib - 3:1. Azərbaycanlı türkiyəli Selçuk Canla yarımfinal görüşündə daha güclü olub - 2:1. O, finalda fransalı İbrahim Qanla qarşılaşıb. İlk hissədə rəqibini aşkar şəkildə üstələyən Qənizadə 7:0 hesabı ilə fasiləyə yollansa da, görüşün ikinci hissəsində hesab bərabərləşib - 7:7. Lakin xal baxımından üstünlük Azərbaycan idmançısına karyerasında böyüklər arasında ilk Avropa çempionu titulunu gətirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR