AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prorektorun qatili 12 il sonra müəyyən edilib

  • + A
  • - A
  • 27-04-2023, 20:52

    Prorektorun qatili 12 il sonra müəyyən edilib

    “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektorunu öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edilib.

    Polis və prokurorluq əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilmişdir.

    Belə ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır.

    Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmişdir.

    Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

    Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilmişdir.

    Hazırda cinayət işi üzrə iibtidai istintaq davam etdirilir.

    Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR