Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Azadmedia.az xəbər verir ki, yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, dövlət bayrağını dalğalandırıblar.
Yürüşün qısa video çarxı ilə əlavədəki linkə keçid edərək tanış ola bilərsiniz.
https://we.tl/t-BVtD57choF
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.