May ayının 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri təmsil edən rekord sayda - 150-yə yaxın gənc atlet iştirak edəcək.
Körpücük üzərinə ilk olaraq qızlar çıxıblar. Onların yarışı maraqlı mübarizə şəraitində keçib. Öz çəki dərəcələrində Nuray Əbilova (40 kq), Malika Bikçuyeva (45 kq), Türkanə Qənbərzadə (49 kq), Nigar Əliyeva (55 kq), Ayişə Əliyeva (59 kq), Aytən Əliyeva (64 kq), Zəhra Niftəliyeva (71 kq), Arzu Qədimova (76 kq), Mələk Hüseynli (81 kq) və Zəhra Qənbərzadə (+81 kq) qalib adını qazanıblar.
Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.