Atıcılıq üzrə Ermənistan yığmasının baş məşqçisi Seyran Nikoqosyan bəyan edib ki, Ermənistan komandası avqustda Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak etmək istəyir.
“Dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək. Məktub yazdıq, cavab gözləyirik. Bakıya getmək istəyimizə rəhbərliyimiz də müsbət cavab verdi. Biz təhlükəsizlik zəmanəti tələb etdik. Komandamıza 15 nəfər daxil olacaq”, - Nikoqosyan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.