“Çelsi”nin daha bir futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, Eduard Mendi karyerasını “Əl-Hilal”da davam etdirəcək. Tərəflər üç illik müqavilə imzalayıblar.
Mənbə onu da qeyd edib ki, “Çelsi”nin digər futbolçusu Hakim Ziyeş də karyerasını Asiya ölkəsində davam etdirəcək.
Daha əvvəl isə Nqolo Kante London klubundan ayrılaraq “Əl-İttihad”a keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.