Qazaxıstanın Almatı şəhərində keçirilən
Dünya Kontinental Turu bürünc səviyyədə XXXII Qosanov Memorialında üç təkanla tullanma üzrə yarışda Yekaterina Sarıyeva uğurlu çıxışla yadda qalıb. Atletimiz 13.89 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Bu nəticə ilə Yekaterina həm də üç təkanla tullanma növü üzrə özünə məxsus olan Azərbaycan rekordunu da yeniləyib. Sarıyeva göstəricisini 1 sm yaxşılaşdırmaqla buna nail olub.
Estoniyanın Pyarnu şəhərində keçirilən
Dünya Kontinental Turu bürünc səviyyədə "Pärnu Beach Stadium" yarışında isə təmsilçimiz Anna Skidan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Skidan çəkic atmada 71.86 metr nəticə göstərərək qalib adını qazanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.