Xislətini və nalayiq idman davranışı nümunəsini yenə Batumidə erməni karateçi göstərib. O, azərbaycanlı rəqibinə uduzduqdan sonra əl sıxmaq əvəzinə onun üzünə zərbə endirib.
Gürcüstanın Batumi şəhərində karate üzrə beynəlxalq turnirdə utancverici hadisə baş verib.
Azərbaycanlı karateçi Alikə Semihova erməni rəqibinə qalib gəlib. Nəticənin açıqlanmasından sonra o, məğlub olan idmançıya əl verib. Lakin o, əl sıxmaqla cavab vermək əvəzinə, gözlənilmədən Semixovanın düz üzünə zərbə endirib.
"Onun səviyyəsinə enməmək üçün mənə nə qədər iradə və dözüm lazım idi", - deyən idmançımız bildirib ki, biz bir millət olaraq hər zaman öz ləyaqətimizi qoruyub saxlayırıq, tatamidə hər şeyi sübut edirik və bayrağımızı postamentdə qaldırırıq, erməni “idmançılarına” yuxarıdan aşağı baxırıq.
Bundan əvvəl həmin idman turnirində Ermənistan təmsilçiləri növbəti təxribat törədiblər. Azarkeşlər Azərbaycan bayrağını Ermənistan bayrağı ilə örtməyə çalışıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.