Azərbaycanda yarım milyonluq cekpot udulub.
“4+4" lotereyasının bu axşam keçirilən 23276 nömrəli tirajında 530 359 manatlıq cekpot qazanılıb.
“Azərlotereya”nın yaydığı məlumata görə, yarım milyon manatı qazanan şanslı qalib uduşlu bileti Saatlıdan alıb.
Qeyd edək ki, Azərbaycan tarixində ən böyük cekpot - 913 072 manatlıq uduş da məhz 4 ay öncə “4+4” lotereyasında qazanılmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.