“Neftçi”nin yeni mentoruna Rusiya vizası verilib. Adrian Mutu viza olmadığı üçün Rusiyadakı təlim-məşq toplanışına gələ bilməyib.
Azərbaycanın “Neftçi” futbol klubunun yeni baş məşqçisi Rusiya vizası alıb. Bu barədə ölkə mətbuatı yazır.
Adrian Mutu müvafiq viza olmadığı üçün hazırda “neftçilər”in olduğu Rusiyaya gələ bilməyib.
44 yaşlı rumıniyalı mütəxəssis bir neçə gün əvvəl “Neftçi”yə rəhbərlik edib. Müqavilə iki illikdir. Mətbuatın yazdığına görə, o, yeni klubunda ildə 650 min avro qazanacaq.
Yeni mövsümə hazırlıq
Hazırda "Neftçi" Sankt-Peterburqda PARI Premyer Kuboku mövsümöncəsi turnirində iştirak edir. Burada “Zenit”, “Srvena Zvezda” və “Fənərbaxça” da iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.