AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lamiyə Vəliyeva daha bir uğura imza atdı

  • + A
  • - A
  • 17-07-2023, 22:52

    Lamiyə Vəliyeva daha bir uğura imza atdı

    Lamiyə Vəliyeva Dünya çempionatında ikinci qızıl medala yiyələnərək, ölkəmizə növbəti lisenziyanı qazandırıb.

    Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Lamiyə Vəliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən Dünya çempionatında 400 metr qaçışda 55:34 saniyə nəticə göstərərək qızıl medala yiyələnib və XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

    Azadmedia.az xatırladır ki, Lamiyə Vəliyeva 100 metr qaçışda da qızıl medal qazanaraq XVII Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin etmişdi.
    Bu nəticə ilə Lamiyə Vəliyeva Yay Paralimpiya Oyunlarında ölkəmizi 2 növdə ( 100 metr və 400 metr) təmsil edəcək.

    Qeyd edək ki, Dünya çempionatında para atletika idman növü üzrə Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına 5 lisenziya əldə edilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR