Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.
Azərbaycan klublarının II raunddakı rəqibləri müəyyənləşəcək.
Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Latviyanın RFŞ və Şimali Makedoniyanın təmsilçisi “Makedoniya GP” kollektivləri birincilərin meydanında üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Makedoniyadakı ilk oyunda qonaqlar qələbə qazanıblar - 1:0.
“Neftçi”nin potensial rəqibləri olan Belarusun “Dinamo” (Minsk) klubu isə Bosniya və Herseqovina “Jelezniçar”ı ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, Bakıda “Azərsun Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2.
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı isə Ermənistanın “Ararat-Armenia” komandasını qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək. İrəvandakı ilk dueldə 1:1 hesablı heç-heçə qeydə alınıb. Azərbaycanlı yarımmüdafiəçi həmin matçın 59-cu dəqiqəsində meydana daxil olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.