Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
AzadMedia.az "report"a istinadən bildirir ki, Azərbaycan çempionu Polşa təmsilçisi "Rakuv"la qarşılaşacaq.
İlk mərhələdə Cəbəllütariq çempionu "Linkoln"u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar "Rakuv"la birinci matçını Çenstoxovadakı "Miejski" stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul
22:15. "Rakuv" (Polşa) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
Çenstoxova, "Miejski" stadionu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.