AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MDB ölkələrinin II Oyunlarına 177 Azərbaycan idmançısı gedir

  • + A
  • - A
  • 28-07-2023, 23:01

    MDB ölkələrinin II Oyunlarına 177 Azərbaycan idmançısı gedir


    Gənclər və İdman Nazirliyində Azərbaycan idmançılarının avqustun 4-dən 14-dək Belarusda keçiriləcək MDB ölkələrinin II Oyunlarına hazırlığı və iştirakına həsr olunmuş iclas keçirilib.
    Azərbaycanı 16 idman növü üzrə 177 idmançı təmsil edəcək: bədii gimnastika (8 nəfər), atıcılıq (8), güləş (26), çimərlik futbolu (12), atletika (8), cüdo (28), boks (16), atıcılıq kamandan oxatma (5), ağır atletika (6), futzal (14), üzgüçülük (5), muay tay (11), karate (22), sambo (7).

    Azərbaycan nümayəndə heyəti avqustun 3-də Minskə yola düşəcək və avqustun 14-də geri qayıdacaq. Oyunların açılış mərasimi avqustun 5-də baş tutacaq.

    Bayraqdarlar kimi gimnast Kamilla Qafarova və çimərlik futbolu komandasının üzvü Elşad Manafov çıxış edəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR