“Real Madrid” dizindən ciddi zədə alan türkiyəli futbolçu Arda Gülərlə bağlı qərar verə bilər.
“Hürriyet” xəbər verir ki, 22 iyulda aldığı zədəyə görə, 24 iyulda “Milan”la keçirilən ilk yoldaşlıq oyununda meydana çıxa bilməyən Gülərin lisenziyası dondurula bilər.
“Real Madrid” – “Barselona” matçı öncəsi mətbuat konfransında açıqlama verən baş məşqçi Karlo Ançelotti A.Gülərlə bağlı bu sözləri deyib:
“Barselona” ilə matçda heyətdə olmayacaq yeganə futbolçu Arda Gülərdir. Fərdi olaraq verdiyimiz proqramı tətbiq edərək intensiv məşqlərini davam etdirir. “Yuventus” matçına hazır olması üçün çalışırıq”.
Həddindən artıq yükləndiyi üçün zədələndiyi bildirilən Arda Gülərin meydanlardan nə qədər uzaq qalacağı ilə hələlik məlum deyil.
Bununla belə İspaniya mətbuatı Arda Gülərin təxminən 3 aya yaxın meydandan uzaq qalacağını iddia edib. “Marca” qəzeti dəqiq tarix açıqlamasa da gənc ulduzun bıçaq altına yatacağı təqdirdə geri dönüş tarixinin daha da uzana biləcəyini yazıb.
“Mundo Deportivo”da 18 yaşlı futbolçunun aldığı zədədən dolayı əməliyyat olunacağı təqdirdə 5 ay meydanlardan uzaq qalacağını yazıb.
Arda Gülərin əməliyyat olacağı təqdirdə yanvara qədər oynaya bilməyəcəyi, “Real Madrid”in kvota üçün gənc futbolçunun müqaviləsini yanvar ayına qədər dondura biləcəyi iddia edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.