AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazandı!

  • + A
  • - A
  • 2-08-2023, 17:50

    Əli Şükürlü Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazandı!

    26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.

    Bu gün onlardan son olaraq Əli Şükürlü körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlər arasında 109 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

    Atletimiz birdən qaldırma hərəkətində 160 kq-ı ram edib və bu hərəkətdə Avropa birincilyinin gümüş medalını qazanıb.

    Şükürlü təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 195 kq-ı qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin qızıl medalına sahib çıxıb.

    Toplam 355 kq (160+195) nəticə göstərən Əli yekun sıralamada 2-ci yeri tutaraq gümüş medala layiq görülüb.

    Təbrik edirik!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR