AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023”ün açılış mərasimi keçirilib

  • + A
  • - A
  • 8-08-2023, 11:04

    Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023”ün açılış mərasimi keçirilib

    Gənclər və İdman Nazirliyinin dəstəyi, Avropa Gənclər Parlamenti Azərbaycanın (AGP) təşkilatçılığı ilə “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası - Bakı 2023”ün Gülüstan sarayında açılış mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Dövlət Himni və Avropa Birliyinin Himni səsləndikdən sonra tədbiri gənclər və idman naziri Fərid Qayıbov açaraq bildirib ki, Avropa Gənclər Parlamenti ilk dəfədir Bakı şəhərində keçirilir. Beynəlxalq sessiyanın gənclərin yeni bilik və bacarıqları öyrənmələri baxımından vacibliyini bildirən nazir sessiyanın “Təhsil hamı üçün” şüarı ilə keçirilməsinin təqdirəlayiq olduğunu qeyd edib. Fərid Qayıbov çıxışında Azərbaycanda gənclərə və gənclər tərəfindən irəli sürülən təşəbbüslərə hər zaman dövlət tərəfindən diqqət və qayğı göstərildiyini vurğulayıb. Gənclər sahəsində son illərdə keçirilən tədbirlər barədə danışan nazir sessiyanın komitə iclaslarında iştirak edən nümayəndələrə uğurlar arzulayıb.

    Ardınca, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, “Veysəloğlu” Şirkətlər Qrupunun baş icraçı direktoru Burak Deniz, AGP-nin Beynəlxalq ofisinin icraçı direktoru Anya Suprunenko, Almaniyanın Hertie ali məktəbinin professoru Marina Henke, sessiyanın baş təşkilatçıları Rüfət Mir Feyzullazadə və Güldana Dadaşova, eyni zamanda sessiyanın redaktoru Aylin Ələkbərli və sessiyanın prezidenti Realdo Silaj çıxış ediblər.

    Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.

    Beynəlxalq Sessiyada 35 ölkədən 265 gənc iştirak edir.
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR