AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan şahmatçısı şahmat üzrə Dünya Kubokunda 1/8 finala yüksəlib

  • + A
  • - A
  • 11-08-2023, 23:39

    Azərbaycan şahmatçısı şahmat üzrə Dünya Kubokunda 1/8 finala yüksəlib

    Azərbaycanlı qrossmeyster Nicat Abasov Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 finala yüksəlib.

    1/16 finalda o, tay-brekdə Peter Svidleri (FİDE) qazanmağı bacarıb.

    Dünya kubokunun beşinci turunda Azərbaycan şahmatçısının rəqibi Saleh Salem (BƏƏ) olacaq. İlk partiya sabah, avqustun 12-də baş tutacaq.

    Xatırladaq ki, yarışın 1/32 final mərhələsində Nicat Abasov dünya reytinqində ilk onluqda yer alan şahmatçı Aniş Girini sensasion şəkildə məğlub etmişdi.

    O, Dünya Kubokunda çıxışını davam etdirən yeganə azərbaycanlı şahmatçıdır, respublikanın digər təmsilçiləri, o cümlədən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəni yarımçıq qoyub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR