AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan MDB ölkələrinin II Oyunlarının estafeti qəbul edib

  • + A
  • - A
  • 13-08-2023, 23:28

    Azərbaycan MDB ölkələrinin II Oyunlarının estafeti qəbul edib

    MDB ölkələrinin II Oyunlarının estafetini Belarus Azərbaycana verib. Növbəti Oyunlar 2025-ci ildə Gəncədə keçiriləcək
    Minsk-Arenada MDB ölkələrinin II Oyunlarının estafeti Belarusdan Azərbaycana təntənəli ötürülməsi mərasimi olub. MDB ölkələrinin II Oyunlarının bağlanışı zamanı Belarus Baş nazirinin müavini İqor Petrişenko və Azərbaycanın Baş naziri Şahin Mustafayev Oyunların bayrağının ötürülməsinin iştirakçısı olublar.

    Yekun sözlə MDB-nin baş katibi Sergey Lebedev çıxış edib.
    Bağlanış mərasimi pərəstişkarların və Oyunların iştirakçılarının parlaq şousu ilə yadda qalıb, onun gedişində idmançıların paradı, parlaq bədii çıxışlar və zəngin konsert proqramı olub.

    MDB ölkələrinin II Oyunları respublikanın 11 şəhərində keçirilib, onlarda dünyanın müxtəlif ölkələrindən iki mindən çox idmançı 20 idman növü üzrə mübarizə aparıb.

    Medal sıralamasında birinci yeri Rusiya (149), ikinci yeri Belarus (89), üçüncü yeri Özbəkistan (50) tutub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR