"Zenit"in sabiq qapıçısı Andrey Lunev karyerasını Azərbaycan çempionatında davam etdirəcək. Yaxın günlərdə o, "Qarabağ"la müqavilə imzalayacaq.
Bu barədə Azərbaycan mətbuatı yazır.
Qapıçı müqaviləni imzalamaq üçün sabah Bakıya uçacaq. Müqavilənin müddəti hələ açıqlanmayıb.
Qısa arayış
Son iki mövsümdə Lunev "Bayer"də çıxış edib, lakin Almaniya komandasının tərkibində bütün turnirlərdə cəmi 3 oyun keçirib. Ötən qış “Qarabağ” qapıçını almağa cəhd etsə də, “Bayer”lə anlaşa bilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.