Bu il sentyabrın 2-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə "Kürü keçək?! açıq suda üzmə" yarışı keçiriləcək. Bu layihə su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə Mingəçevirdə, Kür sahilində reallaşacaq. Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə Kür çayının iki sahili arasında, 300 metr məsafədə təşkil ediləcək yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə biləcək. Gənclər və idman Nazirliyinin yerli regional qurumları yarış barədə yerlərdə məlumatlandırılıb. Ötən il eyni adlı layihədə təxminən müxtəlif yaşlarda 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak etmişdi. Bu il də bu yarışmaya marağın çox böyük olacağı ehtimal olunur.
Yarışın sonunda qaliblər medallar və diplomlarla təltif olunacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.