Azərbaycan millisinin hücumçusu Mahir Əmrəli "Lokomotiv"in futbolçusu ola bilər. Hazırda o, Zaqreb "Dinamo"sunda çıxış edir.
Moskvanın “Lokomotiv” futbol klubu Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Əmrəli ilə maraqlanır.
Azerisport.com xəbər verir ki, Xorvatiya klubunun rəhbərliyi buna mane olmasa, Azərbaycan millisinin 26 yaşlı hücumçusunun transferi çox yaxın vaxtlarda baş tuta bilər.
Emrelinin "Dinamo" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. “Lokomotiv” iki il əvvəl hücumçunu öz sıralarına dəvət etmək niyyətində idi, lakin sonra o, “Dinamo”nu seçdi.
Əmrəli bu mövsüm Xorvatiya çempionatında "Dinamo"nun heyətində 3 oyun keçirib. Onun bir qolu və bir məhsuldar ötürməsi var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.