AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış şirkət Messiyə buna görə səkkiz qızıl üzük verdi

  • + A
  • - A
  • 31-10-2023, 18:42

    Tanınmış şirkət Messiyə buna görə səkkiz qızıl üzük verdi

    “Adidas” sosial media səhifəsində Argentina və “İnter Mayami” nin hücumçusu Lionel Messiyə France Fotball-a görə ilin ən yaxşı futbolçusuna verilən səkkizinci “Qızıl top”u qazanması şərəfinə 8 qızıl üzük verdiyini açıqlayıb.

    Şirkətin Lionel Messinin şəklini əlavə etdiyi mesajda "Sayısız xatirələr, səkkiz üzük, sıfır şübhə" deyilir.

    Oktyabrın 30-da Messi “Qızıl top”u alıb. Mükafatlandırma mərasimi Parisdə Chatelet teatrında baş tutub.

    Bu mükafat Argentina millisinin kapitanı üçün onun karyerasında səkkizinci mükafat olub. Qızıl topu Messi qədər heç kim qazanmayıb. O, 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR