Xankəndidə Ağdamın "Qarabağ" və İstanbulun "Qalatasaray" klubları arasında yoldaşlıq oyunu keçirilə bilər.
Klublar onun keçirilməsi ilə bağlı razılığa gəliblər. Görüşün dəqiq nə vaxt keçiriləcəyi hələ məlum deyil.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Türkiyə mətbuatına açıqlama verən Azərbaycan ordusunun hərbçisi Xankəndidə "Qarabağ" - "Qalatasaray" matçını izləməyi arzu etmişdi.
Azərbaycan əsgərinin bu sözləri sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanmışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.