“Qarabağ” öz meydanında “Haken”i məğlub edərək tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Qarşılaşma 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Bu günlərdə Bakıda Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Qarabağ” (Azərbaycan) – “Haken” (İsveç) oyunu başa çatıb.
Hesabı 1-ci dəqiqədə meydan sahibləri açıb – yarımmüdafiəçi Leandro Andrade fərqlənib. Birinci hissənin əsas vaxtında yarımmüdafiəçi Yasin Benzia ikinci topu İsveç komandasının qapısına göndərdi. Matçın lap sonlarında qonaqlar Bədavi Hüseynovun avtoqolu sayəsində bir qolu geri qaytarsalar da, daha çox vaxt ayıra bilməyiblər - 2:1 "Qarabağ"ın xeyrinə.
Qeyd edək ki, "Qarabağ" 56-cı dəqiqədən müdafiəçi Marko Vesoviçin qırmızı vərəqə alaraq meydandan qovulması ilə azlıqda qalıb.
Paralel keçirilən görüşdə "Bayer Levurkusen" "Molde"ni 5:1 hesabı ilə məğlub edib. Beləliklə, “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksəldi.
H qrupunda yekun cədvəl belədir:
1. Bayer Leverkuzen (Almaniya) – 18 xal
2. “Qarabağ” (Azərbaycan) – 10 xal
3. Molde (Norveç) – 7 xal
4. Häken (İsveç) – 0 xal
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.