AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xizək Alpinizmi üzrə çıxış edən milli komanda beynəlxalq yarışlarda iştirak edib

  • + A
  • - A
  • 15-01-2024, 12:31

    Xizək Alpinizmi üzrə çıxış edən milli komanda beynəlxalq yarışlarda iştirak edib

    13-14 yanvar tarixlərində Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Krallığında təşkil olunan İspaniya Kuboku yarışında iştirak edib. İdmançılarımız Xizək Alpinizminin vertikal növündə öz güclərini sınayıblar.Yarışda milli komandanın üzvü Qalabağıyev Nəbiyulla 30-a yaxın iştirakçı arasında mübarizə apararaq 4-cü yerə sahib olub.

    Qeyd edək ki, Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası İspaniya Kubokundan öncə 7-13 yanvar tarixlərində Fransanın Flaine bölgəsində təşkil olunan Xizək Alpinizmi üzrə Avropa Çempionatında iştirak edərək, yarışın vertikal növü üzrə mübarizə aparıb. Komandanın üzvləri arasında Qalabağıyev Nəbiyulla 30 ölkənin idmançısı ilə yarışaraq 23-cü yerdə qərarlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR