AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım” - Ramil Şeydayev

  • + A
  • - A
  • 17-01-2024, 18:00

    “Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım” - Ramil Şeydayev

    Türkiyənin “Kocaelispor” klubuna transfer olunan Azərbaycan yığmasının üzvü Ramil Şeydayev açıqlama verib.

    O, transfer olunduğu klubu Rəşad Sadıqova görə tanıdığını bildirib:

    “Buranı Rəşad Sadıqova görə tanıyırdım. Transfer proseduru vaxt apardı. Burada olduğuma görə çox xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda hamımız birlikdə sevinəcəyik”.

    Qeyd edək ki, hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqov 2008-2009-cu illərdə “Kocaelispor” klubunda çıxış edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR