AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya klubları “Qarabağ”ın daha bir futbolçusunu istəyir?

  • + A
  • - A
  • 24-01-2024, 20:14

    Rusiya klubları “Qarabağ”ın daha bir futbolçusunu istəyir?

    “Qarabağ”ın meneceri Asif Asgərov Rusiyanın “Rubin” və “Krasnodar” klublarının Leandro Andrade ilə maraqlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    O, “Sport-Express”ə açıqlamasında kabo-verdeli yarımmüdafiəçi ilə bağlı kluba rəsmi təklif gəlmədiyini deyib:

    “Heç kim bizə Leandro ilə bağlı müraciət etməyib. Başqa klubların bizim komandadan hansısa futbolçunu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, mütləq bizə müraciət edilməlidir. Çünki onun “Qarabağ”la müqaviləsi var”.

    Xatırladaq ki, Andradenin agenti Uqo Kadjuda Rusiya mediasına bildirib ki, “Rubin” və “Krasnodar” futbolçu ilə maraqlanır.

    Andrade bu mövsüm “Qarabağ”da 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

    Qeyd edək ki, daha öncə “Qarabağ”ın futbolçusu Kadi Borges Rusiyanın “Krasnodar” klubuna transfer olunmuşdu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR