Türkiyədə futbolçuları İsrailə dəstək verən iki yerli futbol klubu ilə bağlı məhkəmə prosesi başa çatıb. Onlar cərimə ödəməli olacaqlar.
Türkiyənin "Antalyaspor" və "Başakşehir" futbol klubları İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyata açıq dəstək verən futbolçularla bağlı insidentlərə görə cərimələnib. Bu barədə Türkiyə Futbol Federasiyasının nizam-intizam komitəsinin açıqlamasında bildirilir.
Söhbət o vaxt “Antalyaspor” və “Başakşəhər”in rəngini qoruyan israilli yarımmüdafiəçilər Saqiv Yehezkel və Eden Kartsevin iştirak etdiyi iki epizoddan gedir.
Komitə qeyd edib ki, hər iki klub futbolçularının ideoloji təbliğatda iştirakına və futbol intizamı ilə bağlı təlimatları pozduqlarına görə 97,5 min lirə (3,2 dollardan çox) ödəməli olacaqlar.
Nə baş verib?
Təxminən iki həftə əvvəl “Antalyaspor” klubunun futbolçusu “Trabzonspor”a qol vurduqdan sonra qolundakı sarğıya işarə etməyə başlayıb və üzərində Davud ulduzunun təsviri olan “100 gün. 7.10” yazısı olub. Belə ki, o, 2023-cü ilin oktyabrında HƏMAS tərəfindən əsir götürülən israillilərə dəstək verib. Bundan sonra "Antalyaspor" rəhbərliyi yarımmüdafiəçinin Türkiyənin milli dəyərlərinə qarşı çıxış etdiyini izah edərək, onu heyətdən kənarlaşdırıb. Daha sonra İsrail hakimiyyəti futbolçunun azad edilərək vətəninə qaytarılmasını təmin edə bilib.
Öz növbəsində "Başakşəhər"in futbolçusu Eden Kartsev sosial şəbəkədəki səhifələrində İsrail əməliyyatına dəstək yazısı yerləşdirib, bundan sonra Türkiyəni tərk edib. O, karyerasını “Makkabi”də davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.