Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.
Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) həlledici raunda vəsiqə qazanıblar.
Vüqar Talıbov isə (90 kq) bürünc medal uğrunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.