23 fevralda 21 yaşa qədər gənclər arasında Azərbaycan birinciliyinin ilk yarış günü keçirilir.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 100 cüdoçu gücünü
sınayacaq.
Qızlar arasında -52 kq. və -63 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -55 kq., -66 kq., -81 kq. və -100 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.
Yarış fevralın 24-ə qədər davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.