Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Heydər Əliyev Kuboku çərçivəsində 3 müxtəlif yaş kateqoriyasında olan uşaqlar arasında həvəskar xizək yarışı təşkil edilib.
Yarışın keçirilməsinin əsas məqsədi uşaqlar arasında qış idman növlərini təbliğ etmək, xizək idmanına marağı artırımaq və yerli idmançıların hazırlanmasına dəstək olmaqdır.
İdman tədbirində Azərbaycandan, Rusiya Federasiyasından, Qazaxıstandan, Almaniyadan, Amerika Birəşmiş Ştatlarından və Böyük Britaniyadan olan 70-ə yaxın həvəskar xizəkçi uşaq birincilik uğrunda mübarizə aparıblar.
Yarışın nəticələri:
Qızlar arasında 6-8 yaş
I yer - Rozalia Dubentsova (Azərbaycan)
II yer – Valeria Volkarezova (Rusiya Federasiyası)
III yer - Milana Dudcenko (Azərbaycan)
Oğlanlar arasında 6-8 yaş
I yer - Mixayıl Filipov (Rusiya Federasiyası)
II yer - Leonid Kostin (Rusiya Federasiyası)
III yer – Kiril Burlov (Azərbaycan)
Qızlar arasında 9-12 yaş
I yer – Aleksandra Kuskina (Rusiya Federasiyası)
II yer – Leah Mckennel (Böyük Britaniya)
III yer – Arina Nagayeva (Rusiya Federasiyası)
Oğlanlar arasında 9-12 yaş
I yer – Kiril Kostin (Rusiya Federasiyası)
II yer – Kaan Medetoğlu (Azərbaycan)
III yer – Aleksandr Dirodniy (Rusiya Federasiyası)
Qızlar arasında 13-17 yaş
I yer – Nurel Hacıbəyli (Azərbaycan)
II yer – Lyudmila Podqornaya(Azərbaycan)
III yer - Vasilisa Kandrakina (Rusiya Federasiyası)
Oğlanlar arasında 13-17 yaş
I yer – Panke Carl- Leo ( Almaniya)
II yer – Amin Şıxov (Azərbaycan)
III yer – Samuel Povsney (Böyük Britaniya)
Yarışın sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunub, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bundan öncə baş tutan Heydər Əliyev Kuboku çərçivəsində keçirilən yarışda müxtəlif yaş kateqoriyasında olan böyüklər arasında həvəskar xizək və snoubord yarışı təşkil edilmişdi.