AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

  • + A
  • - A
  • Bu gün, 09:52

    Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

    Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

    Yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.

    S.Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.

    E.Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, S.Şükürov eyni raundda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.

    M.Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yeqor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə görüşəcək.

    Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.

    Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR