AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

  • + A
  • - A
  • 4-06-2022, 22:45

    Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə görüş keçirilib

    İyunun 4-də Dövlət Gömrük Komitəsində Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) üzvləri ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, Komitənin aidiyyəti strukturlarının nümayəndələri, APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli, quş əti və yumurta istehsalı sahəsində ixtisaslaşmış sahibkarlar iştirak ediblər.
    Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov çıxış edərək ölkəmizin ixrac potensialının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, əlverişli biznes mühitinin yaradılması məqsədilə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, irimiqyaslı layihələrdən danışıb. Qeyd olunub ki, bu istiqamətdə gömrük orqanları qarşısında qoyulan hədəflərin uğurla reallaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük əməliyyatlarının sadələşdirilməsi və sürətləndilrilməsi, sahibkarların vaxt və vəsait itkisinin aradan qaldırılması üçün bir sıra layihələr və yeniliklər tətbiq edilir. Mütəmadi olaraq sahibkarlarla kütləvi və fərdi qaydada görüşlər keçirilir, onların səsləndirdiyi təklif və rəylər diqqətlə dinlənilirək dəyərləndirilir.
    İsmayıl Hüseynov gömrük işinin səmərəli şəkildə təşkili, xarici ticarətin inkişafında gömrük-biznes dialoqunun xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb, bu baxımdan gömrük orqanlarının daim sahibkarlarla, onların təmsil olunduğu təşkilatlarla səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verdiyini bildirib.
    APEPEA-nın İdarə Heyətinin sədri Mürvət Həsənli son illərdə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib, gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, şəffaflığın təmin olunması istiqamətində görülən işləri müsbət qiymətləndirib. Mürvət Həsənli təmsil etdiyi qurumla gömrük orqanları arasında işgüzar münasibətlərin qurulduğunu, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin ümumi işə fayda verəcəyini bildirib.
    Görüşdə idxal-ixrac əməliyyatlarının daha da səmərəli şəkildə həyata keçirilməsi, quş əti və yumurta istehsalı ilə məşğul olan sahibkarların gömrüklə bağlı qaldırdıqları məsələlər müzakirə olunub, təkliflər dəyərləndirilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Sahibkarların qaldırdığı bir sıra məsələlərin həlli üçün konkret tapşırıqlar verilib.
    APEPEA rəhbərliyi və sahibkarlar görüşün məhsuldar keçdiyini və gömrük orqanları ilə bundan sonrakı əməkdaşlığın daha faydalı olacağını qeyd ediblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR