AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bülent Ersoy: "Ana olmasam da, analığı hiss etdim" — VİDEO

  • + A
  • - A
  • 1-10-2019, 09:47

    Bülent Ersoy: "Ana olmasam da, analığı hiss etdim" — VİDEO

    Uzun müddətdən sonra yenidən kinoteatra gedən Türkiyənin divası Bülent Ersoy, “Annem” filmində göz yaşlarına hakim ola bilməyib. Danışmaqda çətinliklik çəkən Ersoy, “Ana olmadığım halda filmdəkiləri hiss etdim” deyib.
    "Ölkə.Az" “Uçan Kuş”a istinadən xəbər verir ki, ekran əsərini filmin rejissoru Mustafa Kotan ilə birgə izləyən müğənni sonda kədərini saxlaya bilməyib.

    “Analığı dərk etmək üçün, o hissi yaşamaq lazımdır. Mən ana olmadığım halda belə onu hiss etdim. Övladın səhvlərinə rəğmən, ananın övladına sahib çıxması duyğulandırdı”.

    Ekran əsərinin rejissoruna müraciət edərək sözlərinə davam edən Ersoy “Çox gözəl çəkmisən. Xanım aktrisa da ana obrazını çox gözəl canlandırıb”, - deyib.
    Ağlamaqdan süni kirpikləri düşən sənətçinin “Yanıma yapışdırıcı da almamışam. Nə biləydim ki, belə olacaq. Mən filmi meymun kimi oturub, seyr edəcəyimi düşünmüşdüm. Belə bir şeylə qarşılaşacağımı zənn etməmişdim. Pulumla ağlamağa gəlmişəm. 50 ildir ki, kinoteatra film izləməyə getməmişəm. İnanın, bilsəydim, gəlməzdim. Analıq çox önəmli, ana çox önəmlidir. O anaların ayaqlarını öpmək lazımdır”, - deyə fikirləri bölüşüb. (oxu.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR