AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çingiz "Altın kelebek"dən imtina etdi

  • + A
  • - A
  • 29-10-2021, 20:00

    Çingiz "Altın kelebek"dən imtina etdi

    Müğənni Çingiz Mustafayev "Altın kelebek" mükafatından imtina edib.

    AzadMedia.az xəbər verir ki, bu haqda sənətçi özü açıqlama yayıb. Əvvəlcə paylaşım edərək, Azərbaycanı təmsil edən namizədlər arasında yer aldığını deyib, izləyicilərindən səs istəyən Çingiz az keçmədən paylaşımını silib.

    "Müəyyən səbəblərə görə iştirak etməyəcəm. Çox məlumatın olmayıb, heç vaxt baxmamışam. Bilirdim ki, yüksək səviyyədə keçirilən gecədir. Bugünki gündə belə düşündüyümü deyə bilmərəm. Bir az məyus oldum, bəzi məsələlərdən gec xəbərdar oldum. Bəzi dostlarımıza uğurlar arzulayıram" deyə, o, bildirib.

    Qeyd edək ki, "Altın Kelebek" mükafatları tədbirində "Azərbaycanın parlayan gənc ulduzu" kateqoriyası üzrə namizədlər Ayaz Babayev, Çinarə Məlikzadə, Hiss və Nahidə Babaşlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR