AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Damlanın hamiləliyi, Faiqlə Röya üz-üzə, İftixarın kreslosu - HƏFTƏBECƏR

  • + A
  • - A
  • 2-10-2017, 10:22

    Damlanın hamiləliyi, Faiqlə Röya üz-üzə, İftixarın kreslosu - HƏFTƏBECƏR














    Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (142-ci say) təqdim edir.

    Xeyli vaxtdır şərhlərinizi oxusam da, münasibət bildirməyə imkan olmurdu. Məsələn, "Vətənpərvər qız" adlı biri yazır ki, İntiqam özü həftəbecərdi, amma heç bilmir. Bu şərhin özündə müəyyən mənada təhqir olsa da, təbii ki, eyni tərzdə cavab verməyəcəyəm. Ancaq deyim ki, fikrin özündə məni çoox yaxından tanımaq iddiası var. Yəni, şərhi yazan şəxs iddia edir ki, yaxından tanışıq. Belə olmadığı isə dəqiqdir.

    Samirə adlı xanım yazır ki, sənin Nazəninlə ədavətin var. Bu da bir iddiadır. Ancaq cavab verəcəyəm. Nəinki Nazəninlə, şou-biznes adlanan aləmdə ədavətim olan kimsə yoxdur. Şərik sponsorum yox, şərik klip çəkdirməmişik, şou proqramlara getmirəm ki, mənə maneçilik törətsinlər. Hansı ədavətdən söhbət gedə bilər?

    Hə, bax bu şərhin özünün xüsusi şərhə ehtiyacı var. "Azəri" adlı istifadəçi öz adını yazmağa ya ehtiyatlanıb, ya çəkinib. Mənə yazdığı şərhə baxın: "Heç kişi də arvadların dalınca danışar?" Hörmətli oxucu, arvadlar ifadəsiylə sizin ətrafınızdakı xanımlara olan münasibətiniz də ortadadır. Yəqin ki, xanımlara yazmaq istəmisiniz. Xanımların arxasınca danışmaq xarakterimə ziddir. Yazdıqlarımı hər kəs oxuya bilər. Həm də mən İntiqam Valehoğlu imzasıyla, açıq şəkildə yazıram. Yəni, gizlənmək mənə yaddır və kişiyə yaraşmır.

    Keçəkmi mövzulara?

    Damla son həftələrin Elza Seyidcahanıdır. Kimə baxırsan ondan yazır. Sadəcə, bir fərq var ki, Elzanın şeirlərindən yazırdılar, Damlanın sponsorundan. Xəbər yayılıb ki, sponsoru müğənniyə verdiyi maşını əlindən alıb, sonra da ayrılıblar. Hə, başqa bir xəbərdə də deyilir ki, Damla guya həmin şəxsdən hamiləymiş. Hmmm... Bəs necə olmalıydı? O kişi Damladan hamilə qalmalı deyildi ki. Damlanın əlindən alınan maşına səbr diləyirəm.

    Çoxdandır sənət aləmində bu çapda söz-söhbət olmurdu. Bu dəfə xalq artisti Faiq Ağayevlə əməkdar artist Röya Ayxan üz-üzədir. Söhbət çox uzun olduğuna görə qısaca onu deyim ki, Faiq Ağayevin konsertlə bağlı açıqlaması Röyanın xoşuna gəlməyib. Söhbət hələ yenicə başladığı üçün növbəti həftələri gözləmək lazımdır.

    İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı komediya isə hələ də davam edir. Doqquz nəfər teatrdan getmək barədə ərizə yazıb, direktor müavini də onlara qoşulub. Qalıb direktor İftixar Piriyevlə ətrafındakı 5-6 nəfər qadın, bir də narazı aktyorlar. Doğrudanmı kreslo bu qədər şirindir? 2000-ci ildən direktorsan, türklər demiş, nə halın varsa, görmüsən də. Narazı aktyorlarla ətrafındakı 5-6 qadını üz-üzə qoymağın adı nədir?

    Qulpqoyan dayı "Facebook"da nəyəsə baxırdı. Elə mən bu cümlələri yazanda dedi ki, bala, Allah vicdanını abort elətdirmiş adamlardan qorusun. Bu ağsaqqalın da atmacaları bitib tükənmək bilmir də...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR